Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid bulağının krantını qıranın qulağını kəsən şəxslə bağlı hökm oxundu 

Samux Rayon Məhkəməsində həmkəndlisinin qulağını kəsməkdə təqsirləndirilən Qasım Qasımovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb...

PİA.az-ın xəbərinə görə, hakim Səadət Zeynalovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib və Qasım Qasımov məhkəmə zalında həbs olunub. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Gəncə Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edib.

Belə ki, iş üzrə onun həbsdə saxlandığı 6 ay 11 günün bir günü azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İttiham aktına əsasən, hadisə 18 fevral 2022-ci il tarixdə saat 19 radələrində Samux rayon Füzuli kəndi, şəhid Ağaməmməd Ağamalıyev küçəsindəki “Şəhidlər bulağının” qarşısında qeydə alınıb.

Belə ki, Qasım Qasımovun həmkəndlisi Əliyev Mirzaman Nürəddin oğlu su krantını qırıb. Buna görə o, Mirzamanla mübahisə edərək dalaşıb. Dava zamanı Qasım Mirzaman Əliyevi qəsdən yumruq və təpiklə vurub yerə yıxıb. Daha sonra təqsirləndirilən şəxs onun yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb təpiklə baş və sifət nahiyələrinə yenidən zərbələr endirib və sağ qulağını kəsib.

Daha sonra Qasım Qasımov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Ən çox oxunanalar